- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2016” turnirinin 7-ci turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov Sergey Karyakinlə sülh bağlayıb. Allsport.az saytı xəbər verir ki, Rusiya şahmatçısı Sergey Karyakin çıxışını məqbul saydığını dedi:
“Rəcəbovla oyun bir istiqamətdə getdi. Qələbə üçün gedişlər görünmürdü. Rəqibim fransız müdafiəsindən istifadə etdi. Bununla belə qələbə qazanmaq mümkün olmadı. 7 turdan sonra çıxışımı məqbul sayıram. 4 xal toplamışam. Daha yaxşı çıxış edə bilərdim. Bununla belə nəticədən narazıyam deyə bilmərəm. Hər şeyi son 2 tur həll edəcək”.