“Sevilya”da növbəti istefa

“Sevilya” klubu baş məşqçi Matias Almeyda ilə yolunu ayırmaq barədə qərar qəbul edib.

Allsport.az xəbər verir ki, argentinalı mütəxəssis yaxın günlərdə rəsmi olaraq postunu tərk edəcək.

İstefaya səbəb komandanın la liqanın 29-cu turunda doğma meydanda “Valensiya”ya məğlub olması (0:2) göstərilir. Hazırda turnir cədvəlində 15-ci pillədə qərarlaşan Əndəlüs təmsilçisinin aktivində cəmi 31 xal var.

“Sevilya” rəhbərliyi artıq yeni baş məşqçi axtarışlarına başlayıb. Namizədlər arasında bir neçə tanınmış mütəxəssisin adı hallanır.

Həmin kateqoriyadan