- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri geniş miqyaslı təxribat törədərək cəbhə boyunda yerləşən mövqeləri və yaşayış məntəqələrimizi atəşə tutdu. Rəşadətli ordumuz düşmənin hücumlarını uğurla dəf edib əks-hücuma keçdi. Nəticədə Cəbrayıl, Agoğlan (Hadrut), Füzuli, Zəngilan, Qubadlı və nəhayət, Şuşa şəhəri daxil olmaqla, çox sayda yaşayış məntəqəsi işğaldan azad edildi. Müzəffər ordumuz qarşısında duruş gətirməyən ermənilər geri çəkilirlər, strateji yüksəklikləri və, döyüş texnikalarını qoyub qaçırlar. Bu gün gecə artıq düşmən təslimçi sülh imzalamağa məcbur oldu.
Azad olunan torpaqlarımızdan biri də Füzuli rayonunda yerləşən Dilağarda kəndidir. Ora yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu Eldəniz Əzizlinin doğma yurdudur. Titullu bahadırımız sevincini allsport.az-la belə bölüşüb: “İlk növbədə, Allaha həmd olsun ki, bizə bu qələbəni nəsib etdi. Sonra ölkə başçısı İlham Əliyevə, müzəffər ordumuza təşəkkür edirəm. Allaha çox şükür. Kəndimizin azad olması xəbəri bir az gec gədi. Amma belə bir məsəl var: Gec olsun, güc olmasın. Bir qarabağlı kimi çox sevincliyəm.
İnanın ki, noyabrın 8-də ali baş komandan İlham Əliyevin Şuşanın azad olunma müşdəsini verəndə, özümü saxlaya bilməyərək sevincdən ağladım. Bir gün sonra bu xəbəri eşidəndə, ikiqat bayram oldu. Biz Füzulini məcburən tərk edəndə, körpəydim. O üzdən oranı xatırlamıram. Yalnız evdəkilərin söhbətlərindən müəyyən qənaitim var. Səbirsizliklə doğma torpaqlarımıza dönmək, ölkə başçısının söylədiyi kimi, Qarabağımızı yenidən qurub çiçəkləndirmək istəyirik. Sevincimi sözlə ifadə etmək çətindir”.