- Baxış sayı: 29
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində fevralın 28-də “İnter”in qonağı olacaq “Simurq” hazırlıqları davam etdirir. Allsport.az xəbər verir ki, bu gün baş tutan məşqdən öncə komanda Xocalı faciəsində şəhid olan vətəndaşlarımızın ruhunu bir dəqiqəlik sükutla yad edib.
Baş məşqçi Georgi Çixradze faciə ilə bağlı fikirlərini səsləndirib, bu cür cinayətin cəzasız qalmayacağına inandığını bildirib. Daha sonra Zaqatala təmsilçisi hazırlığa başlayıb. İki saata yaxın davam edən çalışmalarda yalnız milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyib. Uzun müddətdir zədədən əziyyət çəkən Əli Gökdəmir isə hazırlıqlara qoşulub. Ancaq müdafiəçi hələ ki, komandadan ayrı məşqləri davam etdirir.
Bu gün keçirilən məşqlə Zaqatalada çalışmaları tamamlayan “Simurq” sabah Bakıya gələcək. Komanda son məşqini qarşılaşmanın keçiriləcəyi “İnter Arena”da edəcək.
Qeyd edək ki, “İnter” – “Simurq” oyunu fevralın 28-də keçiriləcək və saat 15:00-da start götürəcək.