FOTO
“Şirürəkli”dən təsirli paylaşım: “Bəlkə də borcundan çıxmadım, Vətən!”

Millimizin titullu yunan-Roma güləşçisi Rəsul Çunayev sosial şəbəkələrdə hərbi ovqatlı paylaşımları davam etdirir. Ötən ay Tovuz rayonunun Ağdam kəndi ətrafında baş vermiş döyüşdə cəbhədəkilərə dəstək əlaməti olaraq, öz mənzilində, şərəf lövhəsinin önündə xidməti geyimdə əsgər salamı verən olimpiya mükafatçısı, bu dəfə yaşıl çəmənlikdə, onun rənginə uyğun köynəkdə avar rəqsi oynayaraq, həm ruhunu yüksəldib, həm də Musa Yaqubun vətənə həsr etdiyi şeirdən bir bənd yazıb. Allsport.az saytına açıqlamasında fotonun İsmayıllıda çəkildiyini deyən dünya çempionu, hazırda məşqlərini paytaxtda davam etdirditini qeyd edib.

Həmin kateqoriyadan