Slalomda kimlər fərqləndi?

Azərbaycan qış idman növləri federasiyasının və “Şahdağ” turizm mərkəzinin birgə təşkilatçılığı ilə FİS təqviminə əsasən “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin 2-ci günü arxada qalıb.

Allsport.az saytı xəbər verir ki, iştirakçılar dağ xizəyinin slalom növündə mübarizə aparıblar. Gərgin keçən yarışların yekununda İsveçrə təmsilçisi Nikita Anner 1-ci yerə, Qazaxıstan idmançısı Dalel Talkunova 2-ci yerə, Gürcüstanlı idmançı Nino Thklauri isə 3-cü pillədə qərarlaşıb.

Turnir yanvarın 11-ə qədər davam edəcək. Qarşıdakı günlərdə idmançılar slalom və qiqant slalom növləri üzrə yarışlarda mübarizəni davam etdirəcəklər.

“Azerbaijan Open”də ev sahibləri ilə yanaşı İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal və Özbəkistan və Qazaxıstan Respublikalarından müxtəlif yaş kateqoriyalarını əhatə edən 20 qadın idmançı iştirak edir. Yarışlarda ölkəmizi Azərbaycanın dağ xizəyi üzrə idmançısı Anastasiya Papatoma təmsil edir.

Həmin kateqoriyadan