Sloveniyada 4 qızıl, 3 gümüş və 1 bürünc mükafat

Sloveniyanın Slovenc Qradek şəhərində açıq yarış keçirilib.  Allsport.az saytı xəbər verir ki, U-15 və U-18 yeniyetmələr arasında beynəlxalq turnirdə 22 ölkədən 602 idmançı mübarizə aparıb.

Yarışın ümumi nəticəsinə görə, cüdoçularımız 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq qızlar arasında 1-ci, ümumi komanda hesabında 2-ci yerdə qərarlaşıb.

U-15-də Vüsalə Hacıyeva (52 kq) qızıl, Nuranə Hacızadə (48 kq), Aytən Verdiyeva (52 kq) gümüş, Aytən Verdiyeva və Aysun Məmmədova (hər ikisi- 52 kq) bürünc mükafata yetişiblər.

U-18-də Məryəm Bayramzadə (40 kq), Aytən Verdiyeva (52 kq), Fidan Qasımova (57 kq) 1-ci və Vüsalə Hacıyeva (57 kq) gümüş medal qazanıblar.

Həmin kateqoriyadan