- Baxış sayı: 38
- 05 Dekabr 2025 16:47
- Baxış sayı: 108
- Dekabr 05, 2025
- 0

Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə klublar arasında Avropa Kuboku uğrunda mübarizəyə yekun vurulub. Allsport.az xəbər verir ki, son turda ölkəmizin “SOCAR-Azərbaycan” klubu Rusiyanın “Mednıy Vsadnik” kollektiviylə heç-heçə oynayıb – 3:3.
Digər təmsilçimiz “Odlar Yurdu” Rusiyanın “Naşe naslediye” klubuna uduzub 2.5:3.5.
7 turda sonra 13 xal toplayan “Sibir” klubu ilk dəfə Avropa Kubokunun qalibi olub. Turnirin ötənilki qalibi “SOCAR-Azərbaycan” 11 xalla ikinci yeri tutub və gümüş medala layiq görülüb. Gənc şahmatçılardan ibarət “Odlar Yurdu” yarışı 13-cü pillədə başa vurub.
“SOCAR-Azərbaycan”ın şahmatçısı Maykl Adams dördüncü lövhədə 5 xal toplamaqla ən yaxşı ikinci yerin sahibi kimi xüsusi mükafat qazanıb.