- Baxış sayı: 68
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 130
- Fevral 06, 2026
- 0

Makedoniyanın Skopye şəhərində klublar arasında Avropa Kuboku uğrunda mübarizə davam edir. Allsport.az xəbər verir ki, 5-ci turda turnirin son qalibi “SOCAR-Azərbaycan” Rusiyanın “Sibir” klubuna 2.5:3.5 hesabıyla uduzub.
Digər təmsilçimiz “Odlar yurdu” Norveçin “Valerenqa” klubuna 3.5:2.5 hesabıyla qalib gəlib. Bu gün 6-cı turda “SOCAR-Azərbaycan” Çex Respublikasının “Novi Bor”, “Odlar yurdu” isə Rusiyanın “Medniy Vasdnik” klubuyla qarşılaşacaq.
Qeyd edək ki, 50 komadanın iştirak etdiyi Avropa Kubokuna oktyabrın 24-də yekun vurulacaq. 5 turda sonra “SOCAR-Azərbaycan” “Alkaloid”lə hərəyə 8 xal toplayıb və 2-3-cü yerləri bölüşdürür. “Odlar yurdu” 9-cu yerdədir.