- Baxış sayı: 63
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 87
- Noyabr 21, 2024
- 0
Makedoniyanın Skopye şəhərində şahmat üzrə klublar arasında Avropa Kubokunda ikinci tur başa çatıb. Allsport.az xəbər verir ki, turnirin son qalibi SOCAR-Azərbaycan Almaniyanın “Verder” klubuna 5:1 hesabıyla qalib gəlib.
Yarışa uğurla başlayan digər klubumuz “Odlar yurdu” da inamlı çıxışını davam etdirib. İsveçrə “Jeneva”sı ilə qarşılaşan təmsilçimiz “quru hesablı” qələbə sayəsində liderliyə yüksəlib.
II tur
“Verder” (Almaniya) – SOCAR (Azərbaycan) – 1:5
Vlastimil Babula (2554) – Aniş Qiri (2798) – 1:0
Qennadiy Fiş (2460) – Fabiano Karuana (2796) – 0:1
Sven Çarmete (2257) – Teymur Rəcəbov (2738) – 0:1
Yoahim Asendorf (2275) – Şəhriyar Məmmədyarov (2736) – 0:1
Stefan Buhal (2329) – Rauf Mamedov (2657) – 0:1
Fabian Brinkmann (2051) – Eltac Səfərli (2657) – 0:1
“Odlar yurdu” (Azərbaycan) – “Jeneva” (İsveçrə) – 6:0
Emil Sutovski (2635) – Klovis Vernay (2460) – 1:0
Vasif Durarbəyli (2618) – Nikita Petrov (2450) – 1:0
Ülvi Bacarani (2546) – Aleksandr Vugllemyer (2345) – 1:0
Qədir Hüseynov (2634) – Rihard Qerber (2368) – 1:0
Nicat Məmmədov (2590) – Klod Landerberqye (2353) – 1:0
Zaur Məmmədov (2458) – Stefan Batçinski (2265) – 1:0
Turnir cədvəli: 1. “Odlar Yurdu” (Azərbaycan), “Alkaloid” (Makedoniya), SŞM (Rusiya), SOCAR (Azərbaycan) – 4 xal.
Bu gün “SOCAR-Azərbaycan” və “Odlar Yurdu” Rusiya klublarına qarşı mübarizə aparacaq. Görüş Bakı vaxtıyla saat 18-də start götürəcək.