- Baxış sayı: 36
- 15 Dekabr 2025 16:26
- Baxış sayı: 82
- Dekabr 15, 2025
- 0

Makedoniyanın Skopye şəhərində şahmat üzrə klublar arasında Avropa Kubokunda 6-cı turun görüşləri keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən “SOCAR-Azərbaycan” Çex Respublikasının “Novi Bar” klubuna 3.5-2.5 hesabıyla qalib gəlib.
Komandamızda Veselin Topalovla Teymur Rəcəbov rəqiblərini məğlub edib. Aniş Giri, Fabiano Karuana, Maykl Adams heç-heçə oynayıb. Rauf Məmmədov isə məğlubiyyət acısı yaşayıb.
Digər təmsilçimiz “Odlar yurdu” Rusiyanın “Mednıy Vsadnik” klubuna uduzub (1.5-4.5). Emil Sutovski, Vasif Durarbəyli, Ülvü Bacarani məğlub olub. Nicat Abbasov, Qədir Hüseynov və Zaur Məmmədov partiyanı heç-heçə başa vurub.
Qeyd edək ki, oktyabrın 24-də turnirdə son turun oyunları keçiriləcək. 6 turdan sonra “SOCAR-Azərbaycan” 10 xalla ikinci yerdə qərarlaşıb. “Odlar yurdu”nun 8 xalı var.