- Baxış sayı: 33
- 18 Aprel 2025 21:44
- Baxış sayı: 100
- Aprel 14, 2025
- 0
Sloveniyanın Sele şəhərində cüdo üzrə Avropa kuboku sona yetib. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə bizdə medal olmayıb.
Ən yaxşı göstərici Məhərrəm İmamverdiyev (81 kq) və Camal Həmzətxanovda (+100 kq) olub. İdmançılar 5-ci yerlə kifayətləniblər. İbrahim Ağakişiyev (90 kq) 7-ci yer tutub.
Mübarizənin ilk günündə Rəşad Yelkiyev (60 kq), Tofiq Məmmədov (66 kq), Rəşid Məmmədəliyev (73 kq) qızıl, Kənan İsmayılov (60 kq), Nəriman Mirzəyev (73 kq) gümüş və Ruslan Paşayev (66 kq) isə bürünc mükafata yiyələniblər.