Son iştirakçı da bəlli oldu

İlk dəfə Şuşada keçiriləcək Vüqar Həşimovun xatirə turnirində sonuncu iştirakçı məlum olub. Allsport.az saytı xəbər verir ki, təşkilat komitəsi FİDE təmsilçisi Vladislav Artemyevlə razılıq əldə edib. Blits şahmatında 2808 reytinqinə malik şahmatçı komandalar arasında dünya çempionatının qalibi və Avropa çempionudur.

Turnirdə ümumilikdə 8 şahmatçı mübarizə aparacaq. Qrossmeysterlər rapid və blits növündə mübarizə aparacaq. Vüqar Həşimov şahmat fondu, gənclər və idman nazirliyi, Azərbaycan şahmat federasiyasının təşkilatçılığı ilə memorial sayca 10-cu dəfə baş tutacaq. Ənənəvi yarışa əvvəlki illərdə Şəmkir, Bakı və Qəbələ ev sahibliyi edib.

Həmin kateqoriyadan