- Baxış sayı: 68
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempionatında bu gün son turun görüşləri keçiriləcək.
Allsport.az xəbər verir ki, IX Azərbaycanın kişilərdən ibarət yığması Fransa ilə görüşəcək. Hazırda hər 2 komanda 12 xala malik olsa da, əmsallar cədvəlinə əsasən, Fransa 2-ci, Azərbaycan 3-cüdür.
Azərbaycan komandası 4 qat Avropa çempionluğunu əldə etmək üçün mütləq qələbə qazanmalı və paralel təşkil olunacaq Ermənistan – Ukrayna görüşündə birincilərin xal itirməsini gözləməlidir.
Qadın millisi isə Niderlandla üz-üzə gələcək. 10 xala malik hər 2 komanda qızıl və gümüş medal şanslarını itirib. Bürünc medal əldə etmək üçün Azərbaycan komandası qələbə qazanmalı və Polşanın Rusiya ilə görüşdə xal itirməsini gözləməlidir.