Həlledici görüşlərin heyəti də bilindi

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyətləri bəlli olub.

Allsport.az xəbər verir ki, sonuncu – IX turda kişilərdən ibarət komanda Fransa yığması ilə, qadınlar isə Niderlandla üz-üzə gələcək.

Qeyd edək ki, 8 turdan sonra kişilərdən ibarət Azərbaycan və Fransa komandaları 12 xalla 2-3-cü yerləri bölüşdürür. 10 xalı olan qadınlar isə Ukrayna ilə birlikdə 4 – 5-ci yerlərdə gedir.

Avropa çempionatı, IX tur
20 noyabr

Kişilər
Fransa – Azərbaycan
Alireza Firuzca – Şəhriyar Məmmədyarov
Maksim Vaşye-Laqrav – Teymur Rəcəbov
Maksim Laqarde – Rauf Məmmədov
Jil Mussar – Nicat Abbasov

Qadınlar
Azərbaycan – Niderland
Günay Məmmədzadə – Jaogin Penq
Gülnar Məmmədova – Elin Roebers
Ülviyyə Fətəliyeva – Maçteld Van Forest
Gövhər Beydullayeva – Tea Lançava

Həmin kateqoriyadan