- Baxış sayı: 33
- 01 Fevral 2026 15:32
- Baxış sayı: 132
- Yanvar 30, 2026
- 0

Azərbaycanın ev sahibliyi etdiyi III MDB oyunlarında stolüstü tennis yarışları başlayıb.
Allsport.az xəbər verir ki, Qəbələ olimpiya idman kompleksində təşkil olunan yarışlarda qadınlardan ibarət Azərbaycan və Özbəkistan komandaları yarımfinalda üz-üzə gəliblər.
Azərbaycan yığması rəqibini 2:1 hesabı ilə üstələyib. Yığma finalda Rusiya seçməsi ilə qarşılaşacaq.
Bu gün, həmçinin kişilərin mübarizəsində Azərbaycan komandası 1/4 finalda Özbəkistanı sınağa çəkəcək. Yarış saat 15:30-da start götürəcək.
Stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.