- Baxış sayı: 16
- 16 Yanvar 2026 17:20
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam həmrəyliyi oyunlarında stolüstü tennis yarışları davam edir.
Allsport.az xəbər verir ki, seçmə komandamızın üzvləri bu gün daha bir mükafata layiq görülüblər. Qarışıq qoşa mübarizədə yarımfinal oyununa çıxan Adil Əhmədzadə – Mərziyyə Nurmətova tandemi türkiyəli rəqiblərinə uduzaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb. Bundan əvvəl qadınlardan ibarət komandamız yarışın bürünc mükafatına layiq görülmüşdü.