Stolüstü tennisçilər MDB oyunlarında

III MDB oyunlarında Azərbaycanı 6 stolüstü tennisçi təmsil edəcək.

Allsport.az xəbər verir ki, Adil Əhmədzadə, Onur Quluzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə bacarığını göstərəcək. İdmançılar komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərdə mübarizə aparacaqlar.

Qəbələ olimpiya idman kompleksində təşkil olunacaq stolüstü tennis yarışları sentyabrın 26-dan 29-dək keçiriləcək.

Həmin kateqoriyadan