- Baxış sayı: 60
- 03 Dekabr 2025 14:58
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

Stolüstü tennisçilər Yağmur Məmmədli ilə Aylin Əsgərova III MDB oyunlarının bürunc mükafatına layiq görülüblər.
Allsport.az xəbər verir ki, bu gün kecirilən qoşa yarışların yarımfinalında Belarusun Yana Zadsko-Sofiya Beliasava tandeminə 1-3 hesabı ilə uduzan idmançılar üçüncü yeri tutublar.
Oğlanların qoşa yarışlarının yarımfinalında belaruslu İvan Zaytsau-Aleksey Rabuşka cütu üzərində 3-0 hesablı qələbə qazanan Adil Əhmədzadə ilə Onur Quluzadə isə finala yüksəlib. İdmançılarımız bu gün saat 18:00-da keçiriləcək həlledici görüşdə rusiyalı Yevgeni Vasikov Yevgeni Dosov cütü ilə qarşılaşacaqlar.