- Baxış sayı: 63
- 15 Dekabr 2025 14:47
- Baxış sayı: 86
- Dekabr 17, 2025
- 0

Xədicə Babazadə Avropa stolüstü tennis birliyinin təşkil etdiyi “ETTU Eurotalents Selection camp” toplanışında iştirak edəcək.
Allsport.az xəbər verir ki, istedadlı idmançı seçmə komandanın məşqçisi Səbinə Əzizlinin müşaiyəti ilə Xorvatiyaya yola düşüb. Vrsar şəhərində təşkil olunacaq təlim-məşq toplanışında qitənin ən istedadlı stolüstü tennisçiləri təcrübəli mütəxəssislərin rəhbərliyi ilə fiziki, texniki və taktiki hazırlıq keçəcəklər. Beynəlxalq təlim-məşq toplanışına dekabrın 23-də yekun vurulacaq.
“ETTU Eurotalents Development Camp” layihəyəsi xüsusi istedadı və davamlı nəticələri ilə seçilən yeniyetmə stolüstü tennisçilərin hazırlığını təkmilləşdirmək məqsədi daşıyır.