- Baxış sayı: 114
- 17 Dekabr 2025 15:22
- Baxış sayı: 54
- Yanvar 20, 2026
- 0

Stolüstü tennisçi Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.
Allsport.az xəbər verir ki, seçmə komandamızın üzvü, baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə, yanvarın 17-dən 27-dək Çin xalq respublikasının Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında hazırlıq keçəcək.
Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandalarının əsas bazası hesab olunur. Təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.