- Baxış sayı: 46
- 24 Mart 2026 23:23
- Baxış sayı: 59
- Mart 25, 2026
- 0

Fransanın Strasburq şəhərində yeniyetmə cüdoçuların Avropa kubokunda millimiz 7 medal qazanıb.
Allsport.az saytı xəbər verir ki, Nizami İmranov (60 kq) qızıl, Nicat Nağıyev (66 kq), Məhəmməd Musayev (55 kq) gümüş, Xaliq Məmmədov, Məhəmməd Məmişov (hər ikisi – 50 kq), Şahin Oruczadə (55 kq) və Əbil Yusubov (66 kq) bürünc mükafata yiyələniblər.