- Baxış sayı: 27
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Sumqayıt”ın yarımmüdafiəçisi Təvəkkül Məmmədov Azərbaycana qayıdıb. Allsport.az xəbər verir ki, bir müddət öncə klubun düşərgəsini icazəsiz tərk etməklə qalmaqala səbəb olan futbolçu azerisport.az saytına açıqlamasında son hadisələrə münasibət bildirib:
“Rusiyada olarkən klubun prezidenti Kamran Quliyev mənə və qardaşıma zəng etmişdi. Qardaşımın məsləhəti ilə kluba qayıtmalı oldum. Amma qayıdan kimi mənə bildirdilər ki, klubun düşərgəsini icazəsiz tərk etdiyimə görə bir aylıq maaşım cərimə kimi tutulacaq. Bu cərimə ilə razılaşdım.
Amma sonradan gözləmədiyim qərar çıxardılar. Bildirdilər ki, bundan sonra ayıma 3250 dollar yox, 1000 manat ödəyəcəklər. Mən bu pulla oynamaq istəmirəm. Hələ klubla ilyarımlıq müqaviləm var. Bütün bunları nəzərə alaraq, klubla müqaviləmi vaxtından öncə pozmaq fikrindəyəm. Azad agent statusu almağım üçün məndən 25 dollar tələb etdilər. Mən isə bundan imtina etdim.
Artıq AFFA-ya şikayət etmişək ki, klubumla problemimi yoluna qoysunlar. “Sumqayıt”da oynamaq istəmirəm. Krasnodara qayıtmaq istəyirəm”.
Qeyd edək ki, Məmmədov “Sumqayıt”ın düşərgəsini fevralın 13-də tərk etmişdi. Lakin “Sumqayıt” onun bu hərəkətini qanunsuz hesab edərək, klubun düşərgəsinə qayıtmağı tələb etmişdi.