Sumqayıtda cüdo üzrə seminar

Cüdo federasiyasının təşkilatçılığı ilə Sumqayıt şəhərində hakimlər və məşqçilər üçün seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, məşqçilər, hakimlər və federasiya rəsmilərinin iştirak etdiyi tədbir nəzəri hissədən ibarət olub.

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasının kafedra müdiri Nazim Məcidov məruzə ilə çıxış edib. Toplantıda cüdonun yeni qayda və qanunlarının tətbiqi əyani şəkildə göstərilib, geniş müzakirə edilib, fikir mübadilələri aparılıb.

Həmin kateqoriyadan