- Baxış sayı: 25
- 23 Aprel 2025 16:25
- Baxış sayı: 24
- Aprel 23, 2025
- 0
Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində keçirilən Prezident Kuboku uğrunda X çövkən milli oyunu üzrə yarışların beşinci günü maraqlı qarşılaşmalarla yadda qalıb. Allsport.az xəbər verir ki, dekabrın 20-də əvvəlcə çövkən milli oyunu üzrə 1/4 final qarşılaşmaları keçirilib. Oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
Ağstafa-Balakən 2:1, Ağcabədi-“Köhlən” 1-0, “Polad”-Ağdam 3-1, “Sərhədçi”-Laçın 1-0.
Ağstafa, Ağcabədi, “Polad” və “Sərhədçi” komandaları yarımfinala vəsiqə qazanıblar. Çövkən milli oyunu üzrə yarımfinal və final qarşılaşmaları dekabrın 22-23-də Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcək.
Sürpapaq oyunu üzrə yarışın finalçılarının adları isə artıq məlumdur. Dekabrın 20-də keçirilən yarımfinal oyunlarında Balakən təmsilçiləri “Köhlən” komandasını 6-0, Laçın komandası isə Ağdam təmsilçilərini 1-0 hesabı ilə məğlub edib. Beləliklə, sürpapaq oyunu üzrə dekabrın 21-də keçiriləcək final oyununda Balakən və Laçın komandaları qarşılaşacaq.
Papaq oyunu üzrə yarışlar isə artıq başa çatıb. Bu oyun növündə Şəki komandası birinci olub. Sonrakı yerləri Qax və Oğuz komandaları tutublar.