- Baxış sayı: 65
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Bu gün Şuşada beynəlxalq şahmat turnirinin püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190-illik yubileyinə həsr olunan tədbirdə iştirakçılar xüsusi hazırlanmış sandıqçaları açaraq, üzərində rəqəm yazılmış kağızları çıxarıblar. Mərasim zamanı qadınlara kəlağayı, kişilərə milli papaq hədiyyə olunub.
Püşkə əsasən, qadınların yarışında ilk turda Gövhər Beydullayeva Xanım Balacayeva, Nana Dzaqnidze (Gürcüstan) Günay Məmməzadə, Ülviyyə Fətəliyeva Gülnar Məmmədova, Marsel Efroimski (İsrail) Yolanta Zavadska (Polşa), Kübra Öztürk Güvənli (Türkiyə) Meri Arabidze (Gürcüstan) ilə qarşılaşacaqlar.
Kişilərin yarışında birinci turda Şəhriyar Məmmədyarov Qədir Hüseynov, Teymur Rəcəbov Parham Maqsudlu (İran), Rüstəm Qasımcanov (Özbəkistan) Rauf Məmmədov, Vasif Durarbəyli Hao Vanq (Çin), Mustafa Yılmaz (Türkiyə) isə Santoş Qucrati Vidit (Hindistan) ilə üz-üzə gələcəklər.