Şuşada Vüqar Həşimovun xatirə yarışının bağlanışı olub

Şuşada şahmat üzrə Vüqar Həşimov memorialının bağlanışı olub. Allsport.az saytı xəbər verir ki, öncə mərhum qrossmeysterin ömür yoluna və karyerasına həsr olunan videoçarx nümayiş edilib.

Gənclər və idman naziri Fərid Qayıbov, şahmat federasiyasının prezidenti Mahir Məmmədov çıxış edərək, bu cür beynəlxalq turnirlərin təşkilinin Azərbaycanda şahmatın inkişafına böyük töhfə verdiyini qeyd ediblər. Sonra yarışın ən maraqlı anlarını özündə əks etdirən görüntü əks olunub.

Mərasimdə Şuşa şəhər dövlət qoruğu idarəsinin nümayəndəsi İsmayıl İsmayılova turnirin təşkilatçıları tərəfindən xüsusi mükafat təqdim olunub.

Ardınca turnirin yekun nəticələri açıqlanıb. Yan Nepomnyaşi (FİDE) 1-ci, Nadirbəy Abdusəttarov (Özbəkistan) 2-ci, Şəhriyar Məmmədyarov 3-cü olub. Sonda qalib şahmatçıya kubok təqdim edilib.

Həmin kateqoriyadan