- Baxış sayı: 57
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 99
- Noyabr 19, 2024
- 0
21 sentyabrda Şuşada beynəlxalq şahmat turnirinin açılışı maraqlı anlarla yadda qalıb. Allsport.az saytı xəbər verir ki, Xurşidbanu Natəvanın 190-illik yubileyinə həsr olunan yarışın bədii hissəsində görkəmli şairə və xeyriyyəçinin xəyali obrazı təqdim olunub. Səhnəcikdə fransalı yazıçı Aleksandr Düma ilə şahmat oynayan xan qızı, rəqibini məğlub edib.
Turnir 2 kateqoriyada – kişilər və qadınlar arasında təşkil olunacaq. 9 ölkədən qatılacaq şahmatçılar rapid və blits üzrə mübarizə aparacaqlar. Həm kişilər, həm də qadınlarda qalib xallarının cəminə əsasən müəyyən ediləcək.
“Şuşa şahmat- 2022” turnirinin ümumi mükafat fondu 150 min manatdır.