- Baxış sayı: 28
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində “Simurq”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “bankirlər”in gürcü çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Bu oyunda üç xal qazanmaq çox vacib idi. “Simurq”a qarşı oynamaq çox çətindir. Rəqib qapanmağı bacaran bir komandadır. Buna baxmayaraq, qol vurmağı bacardıq və oyunun gedişini nəzarətdə saxlayırdıq. Son dəqiqələrdə konsentrasiyanı itirdik və heç nədən qol buraxdıq. Amma futbolçulardan məmnunam və onlara təşəkkür etmək istəyirəm. Qarşıda bizi çətin oyunlar gözləyir. Tez bir zamanda bərpa olunub, mübarizəni həm kubokda, həm çempionatda davam etdirməliyik”.