- Baxış sayı: 63
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 156
- Dekabr 18, 2024
- 0
“Synergy Baku” növbəti sınaq qarşısındadır. Allsport.az saytı xəbər verir ki, komandamız aprelin 7-dən 16-dək Mərakeşdə təşkil olunacaq “Tour de Maroc”da mübarizə aparacaq. 2.2 kateqoriyalı 10 günlük yarışında 6 velosipedçimiz çıxış edəcək.
Heyətə Elgün Əlizadə, Elçin Əsədov, İsmayıl İlyasov, Samir Cəbrayılov, Kiril Pozdnyakov və Yosip Rumaç daxil ediliblər. Mərakeş Turu komandamız üçün mayın 3-7-də keçiriləcək “Tour d’Azerbaidjan” yarışına hazırlığının əsas hissəsini təşkil edir.
Qeyd edək ki, ilin əvvəlindən bir neçə yarışda iştirak edən “Synergy Baku” UCİ reytinq cədvəlində ölkəmiz üçün əhəmiyyətli reytinq xalları qazanmaqda davam edir. Belə ki, martın 23-26-da İtaliyada keçirilən 2.1 kateqoriyalı “Settimana Internazionale Coppi e Bartali” turunda yığma komandamızın yeni üzvü Kiril Pozdnyakov ümumi təsnifatda 9-cu yeri tutmaqla yığmamıza 25, aprelin 2-də Sloveniyada təşkil olunan 1.2 kateqoriyalı birgünlük “Adria Mobil” qran-prisində isə finişi mərhələ qalibi ilə eyni vaxtda keçməsinə rəğmən fotofinişə əsasən 7-ci olmaqla 5 reytinq xalı qazandırıb.