- Baxış sayı: 104
- 01 Noyabr 2024 23:55
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Təbrizin “Tarktor” klubu ölkəmizin İrandakı səfirliyinə terror hücumu ilə bağlı rəsmi Tvitter səhifəsində paylaşım edib. Allsport.az xəbər verir ki, Güney Azərbaycan təmsilçisinin paylaşımında terror hadisəsi pislənilib: “Qardaş ağrısını sadəcə, qardaş çəkər. Tehranda Azərbaycan səfirliyinə olan terror hücumunu qəti şəkildə qınayırıq. Terrora son!”
Bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, xidmətin rəisini qətlə yetirib. Səfirliyin 2 nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.