Tələbələrin uğurları akademiyanın idman sahəsində üstünlüyünü bir daha təsdiqləyib

Azərbaycan idman akademiyasının tələbələri Elmar Atakişiyev və Vüqar Manafov 5-ci Avropa universitet oyunlarında şahmatın komanda rapid növündə qızıl, blits növündə gümüş medal qazanıblar.

Allsport.az saytı xəbər verir ki, bu münasibətlə xüsusi mükafatlandırma mərasimi olub. Mərasimdə bilicilər qurultayının 3-cü kurs tələbələrinə medallar və diplomlar təqdim edilib.

Tədbirdə akademiyanın elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Ülkər Babayeva, idman işləri üzrə prorektoru Fərid Mansurov, elmi katib Bəxtiyar Rüstəmov və kafedra müdiri İlqar Əliyev iştirak ediblər.

Həmin kateqoriyadan