- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
17-19 fevralda İsrail paytaxtı Təl-Əvivdə cüdoçuların “Böyük dəbilqə”si keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 34 ölkədən 309 idmançının qatılacağı turnirdə, Azərbaycanı baş məşqçi Mövlud Mirəliyev və böyük məşqçi Elçin İsmayılov rəhbərlik ilə 11 kimono ustası təmsil edəcək.
Bunlar Kəramət Hüseynov, Balabəy Ağayev (hər ikisi – 60 kq), Yaşar Nəcəfov (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (100 kq), Uşangi Kokauridir (+100 kq).
“Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanacaqlar.