- Baxış sayı: 40
- 20 Dekabr 2024 22:55
- Baxış sayı: 156
- Dekabr 18, 2024
- 0
16-18 fevralda İsrailin paytaxtı Təl-Əvivdə cüdoçuların “Böyük dəbilqə” turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 52 ölkədən 398 tatamu ustası iştirak edəcək. Bizdən baş məşqçisi Riçard Trautman və böyük məşqçisi Mehman Əzizovun rəhbərliyi ilə 10 nəfər mübarizə aparacaq.
Bunlar Balabəy Ağayev, Turan Bayramov (hər ikisi – 60 kq), Orxan Səfərov (66 kq), Nurlan Osmanov (73 kq), Rüstəm Orucov, Zelim Tçkayev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri və Camal Həmzətxanovdur (+100 kq).
Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanacaqlar.