Təl-Əviv qran-prisinin 2-ci günündə yalnız Murad Fətiyev fəqlənib – 5-ci yer

Cüdoçuların Təl-Əviv qran-prisi davam edir. Allsport.az saytının məlumata görə, millimiz yarışın 2-ci günündə də medalsız qalıb. Tatamiyə çıxan öncül idmançıdan ümidləri doğrultmayıblar.

73 kq-da titullular Rüstəm Orucovla Hidayət Heydərov ilk 7-liyə belə düşə bilməyiblər. Monqolustanlı qadın legionçu İçinkorloo Munxtsedev (57 kq) ilk tutaşmada mübarizəni dayandırıb.

Bizdən ən yaxşı nəticəni Murad Fətiyev (81 kq) göstərib. O, 5-ci yerlə kifayətlənib.  

Mükafat yarışlarında ilk pilləni tutanlar hesablarına 700, 2-ci yerə 490 və 3-cü sırada qərarlaşanlar 350 xal; 5-ci və 7-ci mövqeyə çıxanlar müvafiq olaraq 252 və 182 xal yazırlar.

Həmin kateqoriyadan