- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Fevralın 18-də Təl-Əvivdə “Böyük dəbilqə” start götürəcək. Allsport.az xəbər verir ki, yarışda ölkəmizi 15 cüdoçu təmsil edəcək.
Kişilərin mübarizəsində Kəramət Hüseynov, Davud Məmmədsoy (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Telman Vəliyev (73 kq), Zelim Tckayev, Hidayət Heydərov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri, Camal Feyziyev (+100 kq) mübarizə aparacaqlar.
Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) güclərini sınayacaqlar.
Turnirdə 60 ölkədən 400-dən çox idmançı çıxış edəcək.