- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
2018-ci ilə rusiyada keçiriləcək futbol üzrə Dünya kuboku yarışınıfn loqotipinə artıq ad da verilib.
Rusiyanın «İzvestiya» portalına istinadən allsport.az xəbər verir ki, FİFA loqonun adı üçün Avropa və Rusiya patent bürosunda ingiliscə «dusha» və rusca «duşa» sözlərini qeydiyyatdan keçirib. «Duşa»nı dilimizə «ürək», «qəlb», «ruh», «can» sözlərindən biri ilə tərcümə etmək olar.
Lakin «Rusiya-18»in təşkilat komitəsinin baş direktoru Aleksey Sorokinin bundan xəbəri yoxdur: «Görünür, burada nəsə bir yanlışlıq var. Əks təqdirə mənim bundan xəbərim olardı» deyə Sorokin bildirib.
Qeyd edək ki, loqotip oktyabrın 28-də geniş ictimaiyyətə təqdim olunub.