- Baxış sayı: 85
- 23 Noyabr 2025 10:00
- Baxış sayı: 103
- Dekabr 05, 2025
- 0

Azərbaycan Taekvondo Federasiyasının iş planına uyğun olaraq, hakimlərin hazırlığı məqsədilə keçirilən təlim toplanışına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, federasiyanın inzibati binasının idman zalında təşkil edilən təlimdə namizədlərə referilik qaydaları ilə bağlı nəzəri və tərübə dərsləri keçirilib.
Təlimləri müvəffəqiyyətlə başa vuran namizədlərə müvafiq hakimlik dərəcələri verilib. Təlim-toplanışına ATF-in hakimlər komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Elşən Quliyev rəhbərlik edib.