Taekvondoçularımızın növbəti uğuru

Rusiyanın Tolyatti şəhərində taekvondo idman növü üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycan idmançıları uğur qazanıblar. Allsport.az xəbər verir ki, yarışda ölkəmizi “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) Lənkəran filialının yetirmələri təmsil ediblər.

Azərbaycan, Rusiya, Belarus və Qazaxıstandan 600-dək taekvondoçunun qatıldığı yarışda “Təhsil” RİM-in yetirməsi, 47 kq çəki dərəcəsində çıxış edən Qönçə Hüseynli finalda Rusiya idmançısına qalib gələrək birinci yerə çıxıb.

Məktəbin digər yetirməsi, 55 kq çəki dərəcəsində çıxış edən Kubra Əmirzadə isə final görüşündə Rusiya idmançısına məğlub olaraq ikinci yerə layiq görülüb.

Həmin kateqoriyadan