- Baxış sayı: 42
- 10 Mart 2026 12:14
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

“Sərhədçi” olimpiya-idman mərkəzində Azərbaycan basketbol liqasında 18-ci turun açılış matçında lider NTD zirvəyə iddialı “AAAF Xırdalan” klubuna 77:95 məğlub olub. Komandanın baş məşqçisi Tahir Baxşiyev allsport.az saytına açıqlamasında yenilgiyə belə şərh verib:
“”Xirdalan” yaxşı klubdur. Bundan öncə 2 dəfə rəqibə qalib gəlmişik. Amma təəssüf ki, bu dəfə alınmadı, müdafiədə çox zəif oynadıq. Videotəkrara baxdıqdan sonra uduzmağımızda bu amilin böyük rol oynaması açıq göründü”.