“Tam üstünlüyümüzlə keçən oyunda məğlub olduq”

“Neftçi”nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində “İnter”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Belə oyuna şərh vermək çətindir. Tam üstünlüyümüzlə keçən oyunda məğlub olduq. Gözlənilməz bir şəraitdə qol buraxdıq. “İnter”in iki hücumu oldu və onlar bundan maksimum yararlandılar. Biz isə şanslarımızdan istifadə edə bilmədik. Bütün bunlara baxmayaraq, həyat davam edir”.

Həmin kateqoriyadan