Tarixdə ən yaxşı nəticə

Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə yarış başa çatıb.

Allsport.az xəbər verir ki, 3 gün davam edən mübarizədə yığmamız baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında tarixi uğura imza atıb.

Millimiz tarixində ilk dəfə Avropa çempionatında rekord sayda – 6 medal qazanıb.

Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə 3-cü yeri tutub.

Həmin kateqoriyadan