- Baxış sayı: 60
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 51
- Noyabr 21, 2024
- 0
Məlum olduğu kimi, Rumıniya paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının 1-ci mərhələsi keçirilir. Allsport.az saytı xəbər verir ki, indiki dönəm üçün nadir bir hadisə – elit şahmatçılar onlayn oynamırlar, gerçək lövhə arxasında rapid və ya blitsdə deyil, klassik şahmatda görüşürlər.
Bu yarışda bizdən 2 milli üzvü çıxış edir. Şəhriyar Məmmədyarovun amerikalı Uesli So, Teymur Rəcəbov digər ABŞ-lı, Fabiano Karuana ilə heç-heçə edib.
Maraqlıdır ki, turnirin rəsmi açılışında iştirak edənlər arasında digər Bakı şahmat məktəbinin yetirməsi Harri Kasparov da olub. 13-cü dünya çempionu məhz Teymurun oyununda ilk rəmzi gedişi edib.
Xatırladaq ki, paytaxtımızda doğulub boya-başa çatan, Azərbaycanın hesabına şahmat tacına yiyələnən ana tərəfdən erməni əsilli idmançı, ara-sıra keçmiş respublikasına qarşı mənfi siyasi çıxışları ilə yadda qalıb.
2003-cü ildə İspaniyanın Linares şəhərində ənənəvi fövqəlturnirin 2-ci turunda Teymur Harriyə qalib gəlmişdi. O, qara fiqurlarla 39-cu gedişdə sevinimişdi. Həmin zaman 15 yaşlı istedadlı həmyerlisinin uğurunu həzm edə bilməyən Kasparov qalmaqal salmışdı.
Yeri gəlmişkən, hər 2 bakılı qrossmeyster ana soyadında üstünlük verib.