- Baxış sayı: 75
- 20 Fevral 2026 23:22
- Baxış sayı: 423
- Fevral 16, 2026
- 0

“Fənərbağça”nın baş məşqçisi Domeniko Tedesko Avropa liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində İngiltərənin “Nottingem Forest” komandasına qarşı keçirilən matçdakı məğlubiyyəti (0:3) şərh edib.
Allsport.az xəbər verir ki, mütəxəssis rəqibin üstün oyun nümayiş etdirdiyini və komandasının təzyiqə müqavimət göstərə bilmədiyini etiraf edib.
O qeyd edib ki, “Nottingem Forest”in güclü oyunu qarşısında “Fənərbağça” öz oyun üslubunu diktə etməkdə çətinlik çəkib. Baş məşqçinin sözlərinə görə, qarşılaşmanın ilk 30 dəqiqəsində rəqibin tətbiq etdiyi gərgin pressinq İstanbul təmsilçisinin oyun planını pozub və komanda bu təzyiqi zərərsizləşdirmək üçün lazımi həll yollarını tapa bilməyib.
Bu komandalar arasında cavab qarşılaşması fevralın 26-da İngiltərədə keçiriləcək.