Ten Haq qovuldu – RƏSMİ

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq istefaya göndərilib.

Allsport.az xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi ten Haqa göstərdiyi xidmətlərə görə təşəkkür edərək tutduğu vəzifədən azad edib. Komandanı müvəqqəti olaraq ten Haqın köməkçisi, klubun əfsanəsi hesab olunan Ruud van Nistelroy çalışdıracaq.

“Mançester Yunayted” hazırda İngiltərə premyer liqasında 14-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan