Respublika şahmat olimpiadası başa çatıb

Allsport.az saytı xəbər verir ki, Qax olimpiya idman kompleksində müxtəlif yaş kateqoriyalarında Renat Məmmədrzayev, Xədicəxanım Dadaşzadə, Cavad Abbassoy, Xanımzər Hümbətli, Əlisəfa Zeynallı, Nuray Məmmədli, Elçin Şəkərəliyev, Ayan Əliyeva, Yusif Abasov, Nihal Heydərli 1-ci yeri tutub.

Komanda nəticələrinə əsasən 3 saylı Respublika ixtisaslaşdırılmış olimpiya ehtiyyatları uşaq-gənclər idman şahmat məktəbi həm “A”, həm də “B” qrupu üzrə birincilik qazanıb.

Yarışda Azərbaycanın 26 şəhər və rayonundan ümumilikdə 482 yeniyetmə iştirak edib. Bağlanış mərasimində qaliblərə diplom, kubok və mükafatlar təqdim olunub.

Həmin kateqoriyadan