- Baxış sayı: 46
- 05 Dekabr 2025 16:47
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi çempionlar turunun VI mərhələsində təsnifat mərhələsinə yekun vurulub. Allsport.az xəbər verir ki, “The FTX Crypto Cup”un üçüncü yarış günündə daha 5 tur oynanılıb.
Şəhriyar Məmmədyarov son günün oyunlarında 1 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə ayrılıb. Bununla da o, 7,5 xalla 10-cu yeri tutub və turnirdə mübarizəni dayandırıb.
Teymur Rəcəbov son oyun günündə 1 qələbə qazanıb, 2 heç-heçə edib və 2 dəfə uduzub. Yekunda 8,5 xal toplayan təmsilçimiz Maqnus Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bununla da, qrossmeysterimiz 1/4 finala yüksəlib.