- Baxış sayı: 45
- 17 Aprel 2025 14:14
- Baxış sayı: 79
- Aprel 20, 2025
- 0
FIDE Bakıda keçirilən qran-pri seriyasında bu gün 7-ci turun matçları oynanıldı. Allsport.az saytı xəbər verir ki, görüşlər saat 15:00-da start götürdü.
Liderlər qrupunda yer alan Teymur Rəcəbov ağ fiqurlarla böyük üstünlük əldə etsə də, rəqib vəziyyədən çıxaraq, heç-heçəyə nail oldu.
Qeyd edək ki, qran-pri turniri dairəvi sistem üzrə keçirilir və 11 turdan ibarətdir. Yarışa oktyabrın 14-də yekun vurulacaq.
Dmitri Andreykin (Rusiya) – Fabiano Karuana (İtaliya) 1:0
Boris Qelfand (İsrail) – Rüstəm Qasımcanov (Özbəkistan) 0,5 – 0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Yevgeni Tomaşevski (Rusiya) 0,5 – 0,5
Hikaru Nakamura (ABŞ) – Sergey Karyakin (Rusiya) 0:1
Teymur Rəcəbov (Azərbaycan) – Lenyer Dominges (Кuba) 0,5 – 0,5
Pyotr Svidler (Rusiya) – Aleksandr Qrişuk (Rusiya) 0,5 – 0,5
TURNİR CƏDVƏLİ: Karuana, Qelfand – 4,5 xal; Rəcəbov, Qasımcanov, Karyakin – 4; Nakamura, Svidler, Tomaşevski – 3,5; Dominges – 3; Məmmədyarov, Qrişuk, Andreykin – 2,5.