- Baxış sayı: 70
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0
Yanvarın 9-da Hollandiyanın Veyk-an-Zee şəhərində start götürən “Tata Steel Chess” ənənəvi şahmat turniri başa çatıb. Allsport.az xəbər verir ki, 77-ci dəfə keçirilən “Tata Steel Masters” superturnirində Azərbaycan təmsilçisi Teymur Rəcəbov da daxil olmaqla ən güclü 14 qrossmeyster mübarizə aparıb.
Həmyerlimizin rəqibləri dünya çempionu Maqnus Karlsenlə yanaşı, Fabiano Karuana (İtaliya), Aniş Giri (Hollandiya), Uesli Sou (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa), Radoslav Voytaşek (Polşa), Dinq Lijen (Çin), Baadur Cobava (Gürcüstan), Vasili İvançuk (Ukrayna), Xou İfan (Çin), Lyuk Van Veli (Niderland), İvan Sariç (Xorvatiya) və Levon Aronyan (Ermənistan) olublar.
Turnirin qalibi adını 13 turda 9 xal toplayan dünya çempionu Maqnus Karlsen qazanıb. Sonuncu turda Gürcüstan şahmatçısı Baadur Cobavaya məğlub olan Teymur Rəcəbov isə 6 xalla 8-ci yerdə qərarlaşıb. Maksim Vaşye-Laqrav, Aniş Giri, Uesli Sou və Dinq Lijen 8,5 xal toplayaraq 2-5-ci yerləri bölüşdürüblər.
Yarış dairəvi sistem üzrə 13 turdan ibarət olaraq keçirilib.