- Baxış sayı: 66
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
Onlayn blits üzrə “Airthings Masters” turnirinin 2-ci günündə Teymur Rəcəbov 4 görüş keçirib.
Allsport.az saytı xəbər verir ki, Aleksandr Qrişuk (Rusiya), Hikaru Nakanura (ABŞ) və Yan Nepomnyaşi (Rusiya) ilə heç-heçə edən şahmatçımız, ağ fiqurlarla son matçda Levon Aronyanla da xalı yarıya bölüb.
İdmançımızın hesabında 4,5 xal var və ilk “altılıqda” əmsala görə 4-cü yerdə qərarlaşıb. 2 mərhələdən ibarət yarışda 12 şahmatçı mübarizə aparır. Dairəvi sistemdə ilk mərhələdə “səkkizliy”i tutanlar növbəti raunda adlayacaqlar.
Turnir 2021-ci il yanvarın 3-də başa çatacaq.